26 iyun 2026. Cümə

Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək


  • Offside
  • 11:38 25.06.2026
  • Oxunma sayı: 21
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək

İyunun 29-30-da çimərlik güləşi üzrə Azərbaycan çempionatı təşkil olunacaq.

90deqiqe.Az-ın məlumatına görə, çempionatın ilk günündə yeniyetmə (U17) oğlanlar arasında qaliblər müəyyənləşəcək. İkinci yarış günündə isə kişilər və yeniyetmə qızlar qum üzərində mübarizə aparacaqlar.

Su İdmanı Sarayının yaxınlığında yerləşən Avropa Oyunları Parkında (EGP Arena) keçiriləcək yarışın görüşləri hər iki gün saat 10:00-da start götürəcək.

Qeyd edək ki, çempionatın əsas məqsədi çimərlik güləşi üzrə Azərbaycan milli komandasının heyətinin formalaşdırılmasıdır.







Offside