- Offside
- 22:37 25.06.2026
İtaliyanın Milan və Kortina şəhərlərinin ev sahibliyi etdiyi XXV Qış Olimpiya Oyunları azarkeş marağı baxımından yeni rekorda imza atıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dördilliyin ən nüfuzlu qış idman yarışlarını dünya üzrə ümumilikdə 2,6 milyard tamaşaçı izləyib. Bu göstərici Qış Olimpiya Oyunlarının tarixində ən yüksək nəticələrdən biri kimi qiymətləndirilir.
BOK-un keçirdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin 84 faizi yarışların təşkilindən və ümumi atmosferdən razı qaldığını bildirib. Bu göstərici əvvəlki Qış Olimpiadası ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
Belə ki, 2022-ci ildə keçirilən Qış Olimpiya Oyunları ilə bağlı sorğuda iştirak edənlərin 74 faizi yarışlardan məmnun olduğunu ifadə etmişdi. Bununla da məmnunluq səviyyəsində 10 faizlik artım qeydə alınıb.
Qeyd edək ki, Milan və Kortina Olimpiadası həm tamaşaçı marağı, həm də təşkilati göstəricilər baxımından Qış Oyunlarının ən uğurlu turnirlərindən biri kimi yadda qalıb.