26 iyun 2026. Cümə

Azərbaycan taekvondoçusu "Kazakhstan Open"in qalibi oldu


  • Offside
  • 21:56 25.06.2026
  • Oxunma sayı: 34
Azərbaycan taekvondoçusu "Kazakhstan Open"in qalibi oldu

Azərbaycan taekvondoçusu Minayə Əkbərova Qazaxıstanın Astana şəhərində keçirilən "Kazakhstan Open" beynəlxalq turnirində uğurlu çıxışı ilə yadda qalıb.

90deqiqe.Az-ın məlumatına görə,  bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 46 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycanın taekvondo üzrə gənclər və böyüklərdən ibarət milli komandaları Astana şəhərində keçirilən "Altay" çempionatı və "Kazakhstan Open" beynəlxalq turnirində iştirak edirlər. Yığmalar yarışlara Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, eləcə də məşqçilər Elnur Amanov və Ayxan Tağızadənin rəhbərliyi altında qatılıblar.

Xatırladaq ki, milli komandanın üzvləri daha əvvəl "Altay" çempionatında da uğurlu nəticələr əldə ediblər. Cavad Ağayev gümüş, Elcan Əliyev və Minayə Əkbərova isə bürünc medal qazanıblar.







Offside