26 iyun 2026. Cümə

Çempionlar Liqası öncəsi klubun adı dəyişdirildi


  • Offside
  • 22:37 25.06.2026
  • Oxunma sayı: 39
Çempionlar Liqası öncəsi klubun adı dəyişdirildi

Azərbaycan Basketbol Liqasında çıxış edən "Abşeron Lions" klubu yeni mövsümdən etibarən fərqli ad altında mübarizə aparacaq.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komanda bundan sonra "Landau Lions" adı ilə fəaliyyət göstərəcək və yarışlarda bu ad altında çıxış edəcək.

Qeyd edək ki, kollektiv yeni adı ilə tarixində ilk dəfə FIBA Çempionlar Liqasında iştirak edəcək. Azərbaycan təmsilçisi turnirdə mübarizəyə təsnifat mərhələsindən başlayacaq.

Bu mərhələdə 24 komanda əsas mərhələyə vəsiqə qazanmaq uğrunda yarışacaq. "Landau Lions"un rəqibləri və oyunların dəqiq tarixləri ilə bağlı məlumatların yaxın günlərdə açıqlanacağı bildirilib.







Offside