26 iyun 2026. Cümə

"Beşiktaş" yenidən Avropanın ən nüfuzlu basketbol turnirində - 13 illik həsrət sona çatdı


  • Offside
  • 13:25 26.06.2026
  • Oxunma sayı: 51
"Beşiktaş" yenidən Avropanın ən nüfuzlu basketbol turnirində  - 13 illik həsrət sona çatdı

"Beşiktaş"ın kişi basketbol komandası növbəti mövsümdə Avropanın ən nüfuzlu klub turnirində çıxış edəcək.

90deqiqe.Az xəbər verir ki, bununla bağlı qərar 13 səhmdarın iştirakı ilə keçirilən iclasda yekdilliklə qəbul olunub.

Beləliklə, İstanbul təmsilçisi gələn mövsüm Avropa basketbolunun klub səviyyəsində ən mötəbər yarışında mübarizə aparacaq.

Qeyd edək ki, "Beşiktaş" tarixində ikinci dəfə bu turnirdə iştirak etmək hüququ qazanıb. Komanda daha əvvəl 2012/2013-cü illər mövsümündə də Avropanın bir nömrəli klub yarışında çıxış etmişdi.







Offside