- Offside
- 21:36 26.06.2026
Azərbaycan cüdoçusu Əhməd Yusifov Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirində fəxri kürsüyə yüksəlib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 60 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü üçüncü yer uğrunda görüşdə Fransa təmsilçisi Enzo Janla qarşılaşıb. Gərgin keçən mübarizədə rəqibini yuko xalı ilə məğlub edən Yusifov turnirin bürünc medalına sahib çıxıb.
Beləliklə, Azərbaycan yığması Qran-Pridə ilk medalını qazanıb.
Qeyd edək ki, sabah milli komandanın daha dörd cüdoçusu tatamiyə çıxacaq. Azərbaycanın 17 idmançı ilə təmsil olunduğu yarışa iyunun 28-də yekun vurulacaq.