28 iyun 2026. Bazar günü

Azərbaycan cüdoçuları Sindaoda növbəti medalları qazandılar


  • Offside
  • 16:27 27.06.2026
  • Oxunma sayı: 37
Azərbaycan cüdoçuları Sindaoda növbəti medalları qazandılar

Azərbaycan millisi Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirində növbəti medallarını qazanıb.

90deqiqe.Az xəbər verir ki, yarışın ikinci günündə 81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək qızıl medala sahib çıxıb. Eyni çəki dərəcəsində çıxış edən Hidayət Heydərov isə turniri bürünc medalla başa vurub.

Beləliklə, Azərbaycan yığmasının Sindao Qran-Prisində medal sayı daha da artıb.

Qeyd edək ki, yarışın ilk günündə 60 kq çəki dərəcəsində tatamiyə çıxan Əhməd Yusifov da bürünc medal qazanaraq millinin medal hesabını açmışdı.







Offside