- Offside
- 23:00 27.06.2026
Bakıda keçirilən Mütləq Döyüş Çempionatının (UFC) turnirində ilk Azərbaycan təmsilçisi uğurlu nəticə əldə edib.
90deqiqe.Az-ın məlumatına görə, yarımorta çəki dərəcəsində mübarizə aparan Tahir Abdullayev ilkin görüşdə braziliyalı Cefferson Nasimento ilə qarşılaşıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən döyüş Azərbaycanlı idmançının üstünlüyü ilə başa çatıb. Beləliklə, UFC-də debüt edən Tahir Abdullayev ilk sınağından uğurla keçərək qələbə qazanıb.
Qeyd edək ki, Bakıda təşkil olunan UFC turniri Azərbaycan döyüş idmanı tarixində mühüm hadisələrdən biri hesab olunur və yarışa böyük maraq göstərilir.