- Offside
- 23:00 27.06.2026
Bakıda keçirilən Mütləq Döyüş Çempionatının (UFC) turniri Azərbaycan təmsilçisi Rafael Fiziyevin möhtəşəm qələbəsi ilə başa çatıb.
90deqiqe.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan "UFC Fight Night Baku"nun əsas döyüşündə Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gəlib. Yüngül çəki dərəcəsində keçirilən qarşılaşmada üstün təsir bağışlayan Azərbaycanlı döyüşçü ikinci raundda rəqibini nokaut edərək inamlı qələbə qazanıb.
Beləliklə, Fiziyev doğma azarkeşlər önündə keçirilən əsas döyüşü qələbə ilə başa vuraraq gecəyə damğa vuran idmançılardan biri olub.
Turnirdə Azərbaycanı təmsil edən digər döyüşçülərdən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov isə amerikalı Erik Nolanı məğlub edib. Nazim Sadıxov isə Braziliya təmsilçisi Mateus Kamiloya uduzub.
Qeyd edək ki, bununla da UFC-nin Bakıda təşkil etdiyi ikinci turnirə yekun vurulub. Paytaxtda ilk "UFC Fight Night" yarışı 2025-ci ildə keçirilmişdi.