- Offside
- 22:47 28.06.2026
Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirində Azərbaycan millisinin medal hesabı daha bir uğurla zənginləşib.
90deqiqe.Az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Murad Fətiyev bürünc medal uğrunda görüşdə Qırğızıstan təmsilçisi Erjan Kanatbekovu məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Beləliklə, Azərbaycan millisi turniri 1 qızıl və 3 bürünc medalla başa vurub. Daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Əhməd Yusifov (60 kq) və Hidayət Heydərov (81 kq) isə bürünc medal qazanmışdılar.
57 ölkədən cüdoçuların mübarizə apardığı Qran-pridə Azərbaycan yığması ümumi komanda hesabında dördüncü, kişilər arasında isə üçüncü yeri tutaraq uğurlu çıxışı ilə yadda qalıb.