- Offside
- 22:47 28.06.2026
İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçiriləcək yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının püşkü atılıb.
90deqiqe.Az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan millisinin ilk rəqibləri müəyyənləşib.
Yığmamız qitə birinciliyində 12 çəki dərəcəsində 17 idmançı – 10 oğlan və 7 qız cüdoçu ilə fərdi yarışlarda təmsil olunacaq. Azərbaycan komandası, həmçinin turnirin son günündə keçiriləcək qarışıq komanda yarışında da mübarizə aparacaq.
İyunun 29-dan iyulun 2-dək davam edəcək Avropa çempionatında təsnifat görüşləri hər gün saat 12:30-da, final bloku isə saat 19:30-da start götürəcək. Yarışın bütün görüşləri "Judo TV" platforması vasitəsilə canlı yayımlanacaq.
Püşkün nəticələrinə əsasən, Azərbaycan cüdoçularının ilk rəqibləri aşağıdakılardır:
Oğlanlar
50 kq (1/8 final)
55 kq
60 kq (1/16 final)
66 kq (1/16 final)
73 kq (1/8 final)
81 kq (1/16 final)
90 kq (1/8 final)
Qızlar
40 kq (1/8 final)
44 kq (1/16 final)
48 kq (1/8 final)
70 kq (1/16 final)
+70 kq (1/8 final)
Qarışıq komanda yarışının 1/8 finalında isə Azərbaycan millisi Çexiya yığması ilə qarşılaşacaq.