- Offside
- 22:47 28.06.2026
Litvada keçirilən akademik avarçəkmə üzrə 64-cü ənənəvi "Amber Oars" beynəlxalq turnirində Azərbaycan millisinin üzvü Nurlan Paşayev uğurlu çıxışı ilə diqqət çəkib.
90deqiqe.Az xəbər verir ki, birnəfərlik qayıqda yüngül çəkili idmançıların yarışında mübarizə aparan Nurlan Paşayev bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və turnirin qalibi olub.
Beləliklə, Azərbaycan yığması nüfuzlu beynəlxalq turnirdə ilk medalını qızıl əyarlı əldə edib.
Qeyd edək ki, Litvada 64-cü dəfə təşkil olunan "Amber Oars" turniri akademik avarçəkmə üzrə ənənəvi və nüfuzlu beynəlxalq yarışlardan biri hesab edilir.