- Offside
- 22:47 28.06.2026
Şose velosipedi üzrə Azərbaycan çempionatı çərçivəsində fərdi ötüşmə yarışlarının qalibləri bəlli olub.
90deqiqe.Az xəbər verir ki, müxtəlif yaş kateqoriyalarında təşkil olunan yarışlarda ölkənin ən güclü velosipedçiləri çempionluq uğrunda mübarizə aparıblar.
U17 qızlar (2010–2011, 10 km) kateqoriyasında Məryəm Hüseynova (ROEQİUGVM) 17:23.38 nəticə ilə bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. Sevinc Sultanzadə (AE Cycling School) ikinci, Nigar Yusifzadə (Təhsil) isə üçüncü olub.
Gənc oğlanlar (2008–2009, 22,5 km) arasında Rəhim Nağıyev (ROEQİUGVM) 29:49.38 nəticə ilə çempion adına yiyələnib. Murad Nadirov (Təhsil) gümüş, Nihad Xudoyev (ROEQİUGVM) isə bürünc medala sahib çıxıb.
Elit/U23 kişilər (30 km) kateqoriyasında isə Musa Mikayılzadə (AE Cycling School) 36:31.58 göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tural İsrafilov (ROEQİUGVM) yarışı ikinci, Nofəl Nuriyev (AE Cycling School) isə üçüncü pillədə başa vurub.