29 iyun 2026. Bazar ertəsi

Azərbaycan cüdo millisi Praqada dörd medalla çıxışını başa vurdu


  • Offside
  • 22:47 28.06.2026
  • Oxunma sayı: 39
Azərbaycan cüdo millisi Praqada dörd medalla çıxışını başa vurdu

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq Turnirinə yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin üzvü Əjdər Bağırov (-100 kq) uğurlu çıxışı ilə seçilərək gümüş medal qazanıb.

Bununla da yığmamız turniri 1 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə dörd medalla başa vurub. İlk yarış günündə Elşən Əsədov (-66 kq) qızıl, Rəşad Yelkiyev (-66 kq) gümüş, Kamran Süleymanov (-73 kq) isə bürünc mükafata sahib çıxmışdı.

Azərbaycan millisi 38 ölkənin təmsil olunduğu turnirdə ümumi komanda hesabında altıncı yeri tutub. Kişilər arasında isə yığmamız Fransa komandası ilə ikinci və üçüncü pillələri bölüşüb.







Offside