29 iyun 2026. Bazar ertəsi

“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verildi


  • Offside
  • 10:23 29.06.2026
  • Oxunma sayı: 37
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verildi

“Azərbaycan Şahmat Turu” layihəsi çərçivəsində keçirilən “Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.

Şahmat Federasiyasından (AŞF) 90deqiqe.Az-a bildirilib ki, Azərbaycan Şahmat Federasiyasının (AŞF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Türkiyə, İran, Hindistan, Macarıstan və FIDE-ni təmsil edən şahmatçılar iştirak edirlər.

Yarış iştirakçıların reytinq göstəricilərinə uyğun olaraq A və B qruplarında təşkil olunub. Festival proqramına klassik şahmatla yanaşı, rapid və blits yarışları da daxildir.

200-ə yaxın şahmatçının mübarizə apardığı turnirin ümumi mükafat fondu 22 min 650 manat təşkil edir. Yarışın baş hakimi isə beynəlxalq dərəcəli hakim Şaiq Quliyevdir.

Qeyd edək ki, “Lankaran Open 2026” “Azərbaycan Şahmat Turu” layihəsi çərçivəsində keçirilən növbəti beynəlxalq turnirlərdən biridir.







Offside