29 iyun 2026. Bazar ertəsi

Azərbaycan “İstanbul-2027” Avropa Oyunlarına hazırlıq seminarında təmsil olunur


  • Offside
  • 13:59 29.06.2026
  • Oxunma sayı: 40
Azərbaycan “İstanbul-2027” Avropa Oyunlarına hazırlıq seminarında təmsil olunur

Türkiyənin İstanbul şəhərində keçiriləcək “İstanbul-2027” Avropa Oyunlarına hazırlıq çərçivəsində təşkil olunan şef de-mission seminarına start verilib.

Milli Olimpiya Komitəsindən (MOK) 90deqiqe.Az-a verilən məlumata görə, iyunun 29-dan iyulun 2-dək davam edəcək seminar Avropa Olimpiya Komitələri (AOK) və “İstanbul-2027” Avropa Oyunlarının Təşkilat Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir.

Milli Olimpiya Komitəsinin məlumatına görə, tədbirdə Azərbaycanı qurumun Beynəlxalq Əlaqələr Departamentinin direktoru Anar Bağırov təmsil edir.

Seminar çərçivəsində iştirakçı ölkələrin nümayəndələrinə Oyunlara hazırlıq prosesi, yarış və qeyri-yarış obyektləri, idmançı kəndləri, akkreditasiya, logistika, nəqliyyat, təhlükəsizlik, tibbi xidmət, antidopinq proqramı, informasiya texnologiyaları və digər əməliyyat istiqamətləri barədə ətraflı təqdimatlar keçiriləcək.

Bundan əlavə, nümayəndə heyətləri yarış obyektləri və idmançı kəndlərinə baxış keçirərək təşkilati hazırlıq prosesi ilə yaxından tanış olacaqlar.







Offside