29 iyun 2026. Bazar ertəsi

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazandılar


  • Offside
  • 14:33 29.06.2026
  • Oxunma sayı: 37
Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazandılar

Çinin Nankin şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisi uğurlu çıxışı ilə yadda qalıb.

90deqiqe.Az xəbər verir ki, yarışda ölkəmizi fərdi proqramda Sara Əlixanlı, qarışıq cütlüklərin yarışında isə Mədinə Mustafayeva və Vladimir Dolmatov təmsil ediblər.

Təsnifat mərhələsində Sara Əlixanlı 17.900, Mədinə Mustafayeva və Vladimir Dolmatov cütlüyü isə 18.600 xal toplayaraq final mərhələsinə yüksəlib.

Finalda Azərbaycan təmsilçiləri Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.100 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb və Dünya Kubokunun qızıl medalına sahib olublar.

Fərdi proqramda çıxış edən Sara Əlixanlı isə finalda 18.050 xal toplayaraq yarışı altıncı pillədə başa vurub.







Offside