29 iyun 2026. Bazar ertəsi

Çimərlik voleybolu üzrə Azərbaycan birinciliyinin vaxtı açıqlandı


  • Offside
  • 14:56 29.06.2026
  • Oxunma sayı: 42
Çimərlik voleybolu üzrə Azərbaycan birinciliyinin vaxtı açıqlandı

Qadın və kişi komandaları arasında çimərlik voleybolu üzrə klublararası Azərbaycan birinciliyinin keçiriləcəyi tarix bəlli olub.

Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az -a bildirilib ki, yarış avqustun 4-dən 8-dək təşkil olunacaq.

Turnirin ilkin mərhələsinin görüşləri Bakı Su İdmanı Sarayında keçiriləcək. Medal uğrunda həlledici qarşılaşmalar isə "Sea Breeze" ərazisində baş tutacaq.

Yarışın qalibi bu il təşkil olunacaq çimərlik voleybolu üzrə klublararası CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ əldə edəcək.







Offside