29 iyun 2026. Bazar ertəsi

Azərbaycanlı MMA döyüşçüsü Çində rəqibini ilk raundda məğlub etdi


  • Offside
  • 15:00 29.06.2026
  • Oxunma sayı: 31
Azərbaycanlı MMA döyüşçüsü Çində rəqibini ilk raundda məğlub etdi

Azərbaycanın MMA döyüşçüsü Mirmehdi Miriyev Çinin Çjençjou şəhərində keçirilən "YFU 95" turnirində uğurlu çıxışı ilə diqqət çəkib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

66 kiloqram çəki dərəcəsində mübarizə aparan Mirmehdi Miriyev yerli idmançı Huibo Dinq ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşma Azərbaycan təmsilçisinin üstünlüyü ilə yekunlaşıb. Mirmehdi Miriyev rəqibini birinci raundda ağrıdıcı fəndlə məğlub edərək turnirdə inamlı qələbə qazanıb.







Offside