14 avqust 2026. Cümə

Azərbaycan cüdoçusu Avropa çempionu oldu


  • Offside
  • 20:10 29.06.2026
  • Oxunma sayı: 103
Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdosu növbəti uğurunu yeniyetmələr arasında keçirilən Avropa çempionatında əldə edib.

90deqiqe.Az xəbər verir ki, İspaniyada təşkil olunan qitə birinciliyində mübarizə aparan Zəhra Quliyeva fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Azərbaycanlı cüdoçu final görüşündə Macarıstan təmsilçisi Nora Pirbus-Qrofa tam üstünlüklə qalib gələrək qızıl medala sahib çıxıb.

Beləliklə, Zəhra Quliyeva yeniyetmələr arasında Avropa çempionu titulunu qazanaraq Azərbaycan millisinin növbəti beynəlxalq uğuruna imza atıb.







Offside