29 iyun 2026. Bazar ertəsi

Autizmli uşaqlar Azərbaycan millisinin cüdoçuları ilə bir araya gəliblər


  • Offside
  • 12:59 29.06.2026
  • Oxunma sayı: 32
Autizmli uşaqlar Azərbaycan millisinin cüdoçuları ilə bir araya gəliblər

Autizmli uşaqlar cüdo üzrə Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Uşaqlar cüdoçularla yaxından ünsiyyət qurub, cüdoqi geyinərək bu idman növü ilə tanış olublar. Milli komandanın üzvləri onlara kəmərin düzgün bağlanma qaydasını öyrədib, tatamidə xoş və yaddaqalan anlar yaşadıblar.

Görüşün əsas məqsədi autizmli uşaqların cəmiyyətə inteqrasiyasına və sosiallaşmasına dəstək göstərmək, idmanın birləşdirici gücünü onlara hiss etdirmək olub.







Offside