29 iyun 2026. Bazar ertəsi

Paralimpiya çempionu şəhid övladları ilə görüşdü


  • Offside
  • 16:54 29.06.2026
  • Oxunma sayı: 29
Paralimpiya çempionu şəhid övladları ilə görüşdü

Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov şəhid övladları üçün təşkil olunan 5-ci "YAŞAT" düşərgəsinin qonağı olub.

90deqiqe.Az Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, parataekvondoçu düşərgə çərçivəsində keçirilən "ustad dərsi"ndə iştirakçılarla görüşərək idman karyerası, qazandığı uğurlar və həyat təcrübəsini onlarla bölüşüb.

İmaməddin Xəlilov çıxışı zamanı uğurun əzmkarlıq, intizam, zəhmət və özünəinamdan keçdiyini vurğulayıb, məqsədlərə çatmaq üçün davamlı çalışmanın vacibliyini diqqətə çatdırıb.

Görüş zamanı uşaqlar parataekvondo haqqında ətraflı məlumat alıb, idman növünün əsas texnikaları ilə tanış olublar. Paralimpiya çempionunun rəhbərliyi ilə keçirilən praktiki məşğələlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və onlarda idmana motivasiyanı artırıb.

Tədbirin sonunda şəhid övladları İmaməddin Xəlilovla xatirə şəkilləri çəkdirib, onları maraqlandıran suallara cavab alıblar.

 







Offside