- Offside
- 00:17 30.06.2026
Rusiyalı tennisçi Anna Kalinskaya Uimbldon-2026 turnirinə qələbə ilə başlayıb.
90deqiqe.Az xəbər verir ki, dünya reytinqində 20-ci pillədə qərarlaşan Kalinskaya ilk mərhələdə reytinqin 44-cü sırasında yer alan polşalı Maqdalena Frenxi 7:6 (7:5), 6:4 hesabı ilə məğlub edib.
1 saat 49 dəqiqə davam edən qarşılaşmada Anna Kalinskaya beş eys vurub, bir ikiqat səhvə yol verib və səkkiz breyk imkanından üçünü dəyərləndirib. Maqdalena Frenx isə beş eyslə yadda qalsa da, altı ikiqat səhv edib və üç breyk imkanından ikisini qola çevirib.
Anna Kalinskaya üçüncü mərhələyə yüksəlmək uğrunda Böyük Britaniya təmsilçisi Françeska Cons ilə Fransa tennisçisi Dian Parri arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.