- Offside
- 00:17 30.06.2026
ABŞ-li tennisçi Kori Qauff Uimbldon-2026 turnirində ikinci mərhələyə yüksəlib.
90deqiqe.Az xəbər verir ki, dünya reytinqində yeddinci pillədə qərarlaşan Qauff ilk mərhələdə almaniyalı Tamara Korpacı (78-ci yer) inamlı oyunla 6:2, 6:1 hesabı ilə məğlub edib.
Cəmi 56 dəqiqə davam edən görüşdə Kori Qauff üç eys vurub, iki ikiqat səhvə yol verib və doqquz breyk imkanından dördünü uğurla reallaşdırıb. Tamara Korpaç isə bir eys etsə də, iki ikiqat səhvə yol verib və matç ərzində heç bir breyk imkanı qazana bilməyib.
Kori Qauff ikinci mərhələdə argentinalı Solana Sierra ilə macarıstanlı Anna Bondar arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.