30 iyun 2026. Çərşənbə axşamı

Son çempion Uimbldona qələbə ilə başladı


  • Offside
  • 23:41 29.06.2026
  • Oxunma sayı: 42
Son çempion Uimbldona qələbə ilə başladı

Dünya reytinqinin lideri, italiyalı tennisçi Yannik Sinner Uimbldon-2026 turnirində ikinci mərhələyə yüksəlib.

90deqiqe.Az xəbər verir ki, son çempion ilk mərhələdə serbiyalı Miomir Ketsmanoviçi (50-ci yer) gərgin mübarizədə 4:6, 6:3, 6:7 (6:8), 6:2, 6:3 hesabı ilə məğlub edib.

3 saat 32 dəqiqə davam edən qarşılaşmada Yannik Sinner 31 eys vurub, beş ikiqat səhvə yol verib və doqquz breyk imkanından dördünü uğurla dəyərləndirib. Miomir Ketsmanoviç isə bir eys edib, beş ikiqat səhvə yol verib və dörd breyk fürsətindən yalnız birini qola çevirə bilib.

Yannik Sinner ikinci mərhələdə Portuqaliya təmsilçisi Nunu Borjeşlə üz-üzə gələcək.

Qeyd edək ki, Uimbldon-2026 turniri iyunun 29-dan iyulun 12-dək keçirilir. Turnirin son qalibi də məhz Yannik Sinnerdir.







Offside