- Offside
- 00:17 30.06.2026
Dünya reytinqində 27-ci pillədə qərarlaşan braziliyalı tennisçi Joao Fonseka Uimbldon-2026 turnirində ikinci mərhələyə yüksəlib.
90deqiqe.Az xəbər verir ki, Fonseka ilk mərhələdə ispaniyalı Roberto Bautista-Aqutu (187-ci yer) 7:6 (7:4), 6:4, 6:3 hesabı ilə məğlub edib.
2 saat 28 dəqiqə davam edən qarşılaşmada braziliyalı tennisçi 14 eys vurub, iki ikiqat səhvə yol verib və 11 breyk imkanından üçünü dəyərləndirib. Roberto Bautista-Aqut isə səkkiz eys edib, dörd ikiqat səhvə yol verib və beş breyk fürsətindən yalnız birindən yararlana bilib.
Joao Fonseka ikinci mərhələdə Niderland təmsilçisi Yesper de Yonq ilə Avstraliya tennisçisi Rinki Hicikata arasındakı görüşün qalibi ilə qarşılaşacaq.