30 iyun 2026. Çərşənbə axşamı

U-17 çimərlik güləşi çempionatında rekord iştirak qeydə alındı


  • Offside
  • 00:17 30.06.2026
  • Oxunma sayı: 41
U-17 çimərlik güləşi çempionatında rekord iştirak qeydə alındı

Avropa Oyunları Parkında (EGP Arena) çimərlik güləşi üzrə U-17 Azərbaycan çempionatı keçirilib.

90deqiqe.Az xəbər verir ki, yarışda rekord sayda – 131 güləşçi 4 çəkidə çıxış edib.

Əvvəlcə nokaut sistemi ilə mübarizəyə start verilib. Daha sonra iştirakçılar qruplara bölünüb və hər qrupda ilk 2 yeri tutanlar növbəti mərhələyə adlayıb. 1/4 final və yarımfinal qarşılaşmalarından sonra medallar uğrunda görüşlər keçirilib.

60 kiloqram

Ömər Zeynalov (Arena)

70 kiloqram

Rəşad Əliyev (UGİM-1)

80 kiloqram

Ruslan Vəliyev (Neftçi)

90 kiloqram

Elvin Hacıquliyev (Xaçmaz)

İyunun 30-da eyni məkanda çimərlik güləşi üzrə kişilər və U-17 qızlar arasında Azərbaycan çempionatı keçiriləcək.







Offside