- Offside
- 22:54 30.06.2026
Azərbaycan sumo millisi Şotlandiyanın Stirlinq şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxışı ilə yadda qalıb.
90deqiqe.Az Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasına istinadən xəbər verir ki, yığmamız qitə birinciliyini 1 qızıl və 3 bürünc olmaqla ümumilikdə 4 medalla başa vurub.
115 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavid Yusifov bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu olub. Əmrah Şəfiyev isə 85 kiloqram və mütləq çəki dərəcələrində bürünc medala layiq görülüb. Azərbaycan millisi komanda yarışında da fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, sumo üzrə dünya çempionatı tarixdə ilk dəfə 17-18 oktyabr tarixlərində Bakıda təşkil olunacaq.