15 avqust 2026. Şənbə

Azərbaycan basketbol hakimlərinə Avropa çempionatlarına təyinat verildi


  • Offside
  • 13:46 30.06.2026
  • Oxunma sayı: 90
Azərbaycan basketbol hakimlərinə Avropa çempionatlarına təyinat verildi

Azərbaycan basketbol hakimləri gənclər arasında keçiriləcək Avropa çempionatlarında ədaləti qoruyacaqlar.

Azərbaycan Basketbol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Ruslan Xalıqov, Urfan Bayramlı, Toğrul Həsənov və hakim-komissar Asif Bağışov qitə birinciliklərinə təyinat alıblar.

Ruslan Xalıqov U-18, Urfan Bayramlı və Toğrul Həsənov U-20, Asif Bağışov isə U-16 yaş qrupu üzrə Avropa çempionatının B divizionunda keçiriləcək oyunlarda hakim və hakim-komissar kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatları iyul və avqust aylarında təşkil olunacaq.







Offside

“Gəncə”dən yeni transfer
  • Offside
  • 11:03 14.08.2026
“Gəncə”dən yeni transfer