- Offside
- 23:56 30.06.2026
Azərbaycanın kəmər güləşi millisi Tatarıstanda keçirilən Dünya Kuboku və dünya çempionatında uğurlu çıxışı ilə diqqət çəkib.
90deqiqe.Az Azərbaycan Milli İdman Növləri Assosiasiyasına (AMİNA) istinadən xəbər verir ki, yığmamız yarışları ümumilikdə 29 medalla başa vurub. Milli komandanın aktivinə 4 qızıl, 13 gümüş və 12 bürünc medal yazılıb.
Azərbaycan idmançıları kəmər güləşi koreş (klassik), kəmər güləşi koreş (çimərlik), Qırğız kuroş (sərbəst) üzrə dünya çempionatlarında, həmçinin belboğlı kuraş (özbək güləşi) üzrə Dünya Kubokunda qüvvələrini sınayıblar.
32 ölkədən 350-dən çox idmançının qatıldığı nüfuzlu yarışda Azərbaycan millisi fərdi uğurlarla yanaşı, komanda hesabında da fərqlənib. Belə ki, yığmamız kəmər güləşi koreşin klassik növü üzrə dünya çempionatında ikinci yeri tutaraq gümüş kuboka sahib çıxıb.
Qeyd edək ki, Tatarıstanda təşkil olunan yarışlar iyunun 25-dən 29-dək davam edib.