- Offside
- 23:56 30.06.2026
Azərbaycan triatlonu növbəti tarixi uğura imza atıb.
Azərbaycan Triatlon Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı kimi tarixə düşüb.
O Macarıstanın Tisauyvaroş şəhərində keçirilən Dünya Kuboku yarışında beynəlxalq hakim qismində fəaliyyət göstərib.
Beləliklə, Balaheydər Kərimov Dünya Kubokunda hakim kimi çıxış etməklə Azərbaycan triatlonu tarixində bir ilkə imza atıb.
Qeyd edək ki, bu təyinat Azərbaycan triatlonunun beynəlxalq arenada inkişafının və yerli mütəxəssislərə göstərilən etimadın növbəti göstəricisi hesab olunur.