- Offside
- 23:56 30.06.2026
"Los-Anceles Leykers" dördqat Milli Basketbol Assosiasiyasının çempionu Lebron Ceymslə yollarını ayırdığını rəsmən açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədən klubun rəsmi saytı məlumat yayıb.
Klubun yaydığı bəyanatda "Los-Anceles Leykers"in sabiq sahibi Cinni Bass əfsanəvi basketbolçuya təşəkkürünü ifadə edib.
"Lebron Ceyms idman tarixinin ən böyük simalarından biridir. O, komandamızın heyətində keçirdiyi səkkiz il ərzində bizə unudulmaz anlar yaşatdı. Xüsusilə 2020-ci ildə son dərəcə çətin şəraitdə qazandığımız çempionluqda onun xidmətləri əvəzsiz olub. Bundan başqa, o, "Leykers" forması ilə saysız-hesabsız rekordlara imza atıb.
Lebrona həm meydanda, həm də şəxsi həyatında uğurlar arzulayırıq. O, hər zaman "Leykers" ailəsinin ayrılmaz üzvlərindən biri olaraq qalacaq", – deyə Cinni Bass bildirib.