1 iyul 2026. Çərşənbə

Şəhriyar Məmmədyarov FIDE reytinqində ilk "25-lik"də qaldı


  • Offside
  • 17:59 30.06.2026
  • Oxunma sayı: 29
Şəhriyar Məmmədyarov FIDE reytinqində ilk "25-lik"də qaldı

Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyul ayı üçün dünya reytinq siyahısını yeniləyib.

90deqiqe.Az xəbər verir ki, Azərbaycanın ən yüksək pillədə qərarlaşan şahmatçısı Şəhriyar Məmmədyarov olub. 2723 reytinq xalı olan qrossmeyster dünya sıralamasında 23-cü yerdə qərarlaşıb.

Digər Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov 38-ci, Aydın Süleymanlı 57-ci, Məhəmməd Muradlı 78-ci, Rauf Məmmədov isə 84-cü pillədə yer alıb.

Kişi şahmatçıların reytinqinə 2823 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

Qadın şahmatçılar arasında isə Azərbaycanın ən yüksək pillədə qərarlaşan təmsilçisi Ülviyyə Fətəliyyeva olub. O, 2440 reytinq xalı ilə 24-cü sırada yer alıb. Gövhər Beydullayeva 64-cü, Xanım Balacayeva 82-ci, Günay Məmmədzadə isə 86-cı pillədə qərarlaşıb.

Qadınların dünya reytinqinə 2596 xalla Çin təmsilçisi Hou Yifan liderlik edir.







Offside