- Offside
- 23:56 30.06.2026
Çimərlik futbolu üzrə Azərbaycan yığmasının Gürcüstanda keçiriləcək Avropa çempionatının B Liqasında keçirəcəyi oyunların təqvimi açıqlanıb.
90deqiqe.Az Azərbaycan Çimərlik Futbolu Federasiyasına istinadən xəbər verir ki, milli turnirdəki ilk qarşılşamasını iyulun 15-də İngiltərəyə qarşı keçirəcək.
Sahib Məmmədovun baş məşqçi olduğu komanda iyulun 16-da Slovakiya, bir gün sonra isə Latviya ilə üz-üzə gələcək.
İngiltərə ilə görüş Bakı vaxtı ilə 18:30-da, digər iki qarşılaşma isə 19:30-da start götürəcək.
Qeyd edək ki, Avropa çempionatı iyulun 15-19-da Gürcüstanın Batumi şəhərində təşkil olunacaq. Qrup qalibləri həm B Liqasının ən güclüsünü müəyyənləşdirmək üçün qarşılaşacaqlar, həm də A Liqasına vəsiqə qazanacaqlar.