15 avqust 2026. Şənbə

Uimbldonda favoritlər növbəti mərhələyə yüksəldilər


  • Offside
  • 23:52 30.06.2026
  • Oxunma sayı: 215
Uimbldonda favoritlər növbəti mərhələyə yüksəldilər

Mövsümün üçüncü Böyük Dəbilqə turniri olan Uimbldonda ilk mərhələnin növbəti oyunları keçirilib.

90deqiqe.Az xəbər verir ki, kişilərin şəxsi yarışında dünya reytinqinin ikinci pilləsində qərarlaşan Aleksander Zverev Aleksander Bloksla üz-üzə gəlib. Almaniyalı tennisçi 6:4, 6:7, 7:6 və 7:6 hesabı ilə qalib gələrək ikinci mərhələyə yüksəlib. O, növbəti oyunda Valentin Ruaye ilə qarşılaşacaq.

Qadınların şəxsi yarışında dünya ikincisi Elena Rıbakina fransalı Loa Buassonu mübarizədən kənarlaşdırıb. Qazaxıstanı təmsil edən tennisçi rəqibini 6:4, 1:6, 6:3 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

Dünya reytinqinin üçüncü pilləsində qərarlaşan polşalı tennisçi İqa Şvyontek isə Teylor Taunsendi sınağa çəkib. O, üç set davam edən görüşdə 6:1, 2:6, 6:3 hesablı qələbə qazanaraq ikinci mərhələyə yüksəlib.

Qeyd edək ki, İqa Şvyontek növbəti mərhələdə Karolina Plışkova ilə qarşılaşacaq.







Offside

“Gəncə”dən yeni transfer
  • Offside
  • 11:03 14.08.2026
“Gəncə”dən yeni transfer