2 iyul 2026. Cümə axşamı

Azərbaycan millisinin dünya reytinqindəki mövqeyi açıqlandı


  • Offside
  • 16:04 02.07.2026
  • Oxunma sayı: 41
Azərbaycan millisinin dünya reytinqindəki mövqeyi açıqlandı

Ümumdünya Çimərlik Futbolu Təşkilatı (BSWW) milli komandaların yenilənmiş dünya reytinqini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan yığması siyahıda 35-ci pillədə qərarlaşıb.

Sahib Məmmədovun baş məşqçisi olduğu komandanın aktivində hazırda 340,5 reytinq xalı var.

Dünya reytinqinə 3591,5 xalla Braziliya millisi başçılıq edir. İkinci pillədə 2768 xalla İtaliya, üçüncü sırada isə 2764,5 xalla Portuqaliya qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi iyulun 15-19-da Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatının B Liqasında mübarizə aparacaq.







Offside