- Offside
- 18:10 02.07.2026
Bu gün Bakıda baş tutan UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyasına Tərəf Dövlətlərin Onuncu Konfransı (COP10) Bürosunun ikinci rəsmi iclası çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov bir sıra ikitərəfli görüşlər keçirib.
Bu barədə 90deqiqe.Az -a Gənclər və İdman Nazirliyindən bildirilib.
Rusiya Federasiyasının idman naziri Mixail Deqtyarev, Türkiyə gənclər və idman nazirinin müavini Safa Koçoğlu Gürsoy və UNESCO-nun Elm sektorunun Sosial siyasətlər və inklüzivlik üzrə direktoru Qustavo Merino ilə keçirilən görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, eləcə də COP10 Bürosunun ikinci iclasının yekunları barədə fikir mübadiləsi aparılıb.