2 iyul 2026. Cümə axşamı

İtaliyalı tennisçi Uimbldonda yoluna davam edir


  • Offside
  • 22:41 02.07.2026
  • Oxunma sayı: 45
İtaliyalı tennisçi Uimbldonda yoluna davam edir

2026-cı il "Rolan Qarros" turnirinin finalçısı, dünya reytinqinin 10-cu pilləsində qərarlaşan italiyalı tennisçi Flavio Kobolli Uimbldon-2026 turnirində üçüncü mərhələyə yüksəlib.

90deqiqe.Az xəbər verir ki, ikinci mərhələdə doqquzuncu nömrəli səpələnmiş Kobolli dünya reytinqində 79-cu yerdə olan avstraliyalı Ceyms Dakvortu 7:6 (7:4), 3:6, 7:6 (7:3), 6:1 hesabı ilə məğlub edib.

Üç saat bir dəqiqə davam edən qarşılaşmada Flavio Kobolli 16 eys vurub, dörd ikiqat səhvə yol verib və qazandığı altı breyk fürsətindən ikisini dəyərləndirib. Ceyms Dakvortun hesabında isə səkkiz eys, beş ikiqat səhv və yeddi breyk imkanından iki uğurlu cəhd yer alıb.

Flavio Kobolli üçüncü mərhələdə dünya reytinqinin 22-ci pilləsində qərarlaşan, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Karen Xaçanovla qarşılaşacaq.







Offside

"Bu, mənim son Uimbledonum idi"
  • Offside
  • 22:58 02.07.2026
"Bu, mənim son Uimbledonum idi"