17 avqust 2026. Bazar ertəsi

Alman tennisçi Uimbldonda növbəti mərhələyə yüksəldi


  • Offside
  • 22:44 02.07.2026
  • Oxunma sayı: 105
Alman tennisçi Uimbldonda növbəti mərhələyə yüksəldi

2026-cı il "Rolan Qarros" turnirinin çempionu, dünya reytinqinin üçüncü pilləsində qərarlaşan almaniyalı tennisçi Aleksandr Zverev Uimbldon-2026 turnirində üçüncü mərhələyə yüksəlib.

90deqiqe.Az  xəbər verir ki, ikinci mərhələdə ikinci nömrəli səpələnmiş Zverev dünya reytinqində 75-ci yerdə olan fransalı Valanten Ruayeni 6:1, 6:3, 7:6 (7:3) hesabı ilə məğlub edib.

İki saat beş dəqiqə davam edən qarşılaşmada Aleksandr Zverev 13 eys vurub, iki ikiqat səhvə yol verib və qazandığı səkkiz breyk fürsətindən beşini dəyərləndirib. Valanten Ruayenin hesabında isə üç eys, iki ikiqat səhv və qazandığı yeganə breyk imkanından bir uğurlu cəhd yer alıb.

Aleksandr Zverev üçüncü mərhələdə dünya reytinqinin 92-ci pilləsində qərarlaşan amerikalı Markos Gironla qarşılaşacaq.







Offside