- Offside
- 23:40 02.07.2026
Avstraliyalı tennisçi Nik Kiryos Uimbldon turniri ilə vidalaşdığını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, 2022-ci ildə Uimbldonun finalçısı olan, vaxtilə dünya reytinqində 13-cü pilləyədək yüksələn (hazırda 899-cu yerdə qərarlaşıb) tennisçi 2026-cı ilin karyerasında son Uimbldon turniri olduğunu bildirib.
"Əminliklə deyə bilərəm ki, bu, mənim son Uimbldonum idi. Hazırkı fiziki durumumu nəzərə alsaq, yenidən burada yarışmaq üçün qayıdacağıma inanmaq çətindir. Məhz bu turnirdə karyeram yeni mərhələyə qədəm qoydu və bundan sonra həyatım tamamilə dəyişdi", - deyə Nik Kiryos bildirib.
Qeyd edək ki, Kiryos Uimbldon-2026-da yalnız qoşa yarışda mübarizə aparıb. O, Aleksandr Bubliklə birlikdə ilk görüşdə Marselo Arevalo və Mate Paviç cütünə məğlub olaraq turnirlə erkən vidalaşıb.