18 iyul 2026. Şənbə

Azərbaycan millisi Lüksemburqu səfərdə məğlub etdi


  • Offside
  • 23:12 02.07.2026
  • Oxunma sayı: 70
Azərbaycan millisi Lüksemburqu səfərdə məğlub etdi

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi "EuroBasket 2029"un ilkin seçmə mərhələsində növbəti qələbəsini qazanıb.

90deqiqe.Az  xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi yığma A qrupunun V turunda səfərdə Lüksemburq millisi ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən görüş Azərbaycan millisinin 76:74 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran yığmamız A qrupunda üçüncü pillədə qərarlaşıb. Qrupa 10 xalla Şimali Makedoniya başçılıq edir. Lüksemburq da 7 xala malik olsa da, ikinci sırada yer alır. İrlandiya isə 6 xalla dördüncü pillədədir.







Offside