3 iyul 2026. Cümə

Bakıda keçiriləcək dünya çempionatına böyük maraq var


  • Offside
  • 23:14 02.07.2026
  • Oxunma sayı: 34
Bakıda keçiriləcək dünya çempionatına böyük maraq var

27 iyul – 2 avqust tarixlərində Bakıda güləş üzrə U17 dünya çempionatı keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az -a verilən məlumata görə, Milli Gimnastika Arenasında təşkil ediləcək mötəbər yarışa böyük maraq var. Belə ki, hazırda dünyanın müxtəlif ölkələrindən 650-dən artıq idmançının adı qeydiyyatdan keçirilib. Ümumilikdə mundialla bağlı ölkəmizə 1000-dən artıq qonağın gəlişi gözlənilir.

Çempionatın ilk günlərində yunan-Roma güləşi üzrə qarşılaşmalar keçiriləcək. Ardınca qadın güləşçilər mübarizəyə qoşulacaq. Yarışın son günlərində isə sərbəst güləş üzrə qaliblər müəyyənləşəcək.

Görüşlər hər gün 10:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 18:00-da start götürəcək. Çempionatın təntənəli açılış mərasimi 27 iyul saat 17:15-də baş tutacaq.

Azərbaycan Güləş Federasiyası bütün idmansevərləri dünyanın ən güclü yeniyetmə güləşçilərinin mübarizə aparacağı bu möhtəşəm yarışı Milli Gimnastika Arenasında canlı izləməyə dəvət edir.







Offside

"Bu, mənim son Uimbledonum idi"
  • Offside
  • 22:58 02.07.2026
"Bu, mənim son Uimbledonum idi"