- Offside
- 23:40 02.07.2026
Qazaxıstanlı tennisçi, dünya reytinqinin 11-ci pilləsində qərarlaşan Aleksandr Bublik Uimbldon-2026 turnirində üçüncü mərhələyə yüksəlib.
90deqiqe.Az xəbər verir ki, ikinci mərhələdə Bublik (10) dünya reytinqində 139-cu yerdə olan fransalı Kirian Jakenı 6:3, 6:4, 7:6 (7:5) hesabı ilə məğlub edib.
Bir saat 51 dəqiqə davam edən qarşılaşmada Aleksandr Bublik 15 eys vurub, iki ikiqat səhvə yol verib və qazandığı səkkiz breyk fürsətindən dördünü dəyərləndirib. Rəqib Kirianın hesabında isə səkkiz eys, üç ikiqat səhv və doqquz breyk imkanından iki uğurlu cəhd yer alıb.
Bublik növbəti mərhələdə ABŞ təmsilçisi Frensis Tiafo (17) və Böyük Britaniya tennisçisi Yan Xoineski arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.