3 iyul 2026. Cümə

Yelena Rıbakina Uimbldonda inamlı qələbə qazandı


  • Offside
  • 23:40 02.07.2026
  • Oxunma sayı: 32
Yelena Rıbakina Uimbldonda inamlı qələbə qazandı

İkiqat “Böyük Dəbilqə” qalibi, dünya reytinqinin ikinci pilləsində qərarlaşan qazaxıstanlı tennisçi Yelena Rıbakina Uimbldon-2026 turnirində inamlı qələbə qazanaraq üçüncü mərhələyə yüksəlib.

90deqiqe.Az xəbər verir ki, ikinci mərhələdə Rıbakina (2) ABŞ təmsilçisi, dünya reytinqində 50-ci yerdə olan Keti Maknelli 6:1, 6:2 hesabı ilə məğlub edib.

Bir saat 11 dəqiqə davam edən qarşılaşmada Yelena 1 eys vurub, 3 ikiqat səhvə yol verib və qazandığı 10 breyk fürsətindən 4-nü dəyərləndirib. Rəqib Maknellinin aktivində isə 1 eys, 4 ikiqat səhv və 3 reallaşmayan breyk şansı yer alıb.

Rıbakina 1/8 finala vəsiqə uğrunda Belçika təmsilçisi, dünya reytinqində 27-ci olan Elize Mertens ilə qarşılaşacaq.







Offside

"Bu, mənim son Uimbledonum idi"
  • Offside
  • 22:58 02.07.2026
"Bu, mənim son Uimbledonum idi"