3 iyul 2026. Cümə

U-18 Balkan çempionatında Azərbaycanı 10 atlet təmsil edəcək


  • Offside
  • 11:39 03.07.2026
  • Oxunma sayı: 37
U-18 Balkan çempionatında Azərbaycanı 10 atlet təmsil edəcək

Azərbaycan yüngül atletika millisi Sloveniyanın Novo Mesto şəhərində keçiriləcək U-18 Balkan çempionatında 10 idmançı ilə mübarizə aparacaq.

90deqiqe.Az Azərbaycan Atletika Federasiyasına istinadən xəbər verir ki, yığma məşqçilər Orxan Aslanov, Mixal Poqani və Anar Yusifovun rəhbərliyi altında müxtəlif növlərdə qüvvəsini sınayacaq.

Azərbaycanı yarışda Safiya Kərimova (100 metr), Mədinə Hüseynzadə (400 metr), Gülçin Nağıyeva (800 metr), Zeynəb Əmrahova (lövhə atma), Ramil İsmayılov (üçtəkanla tullanma), Şamxal Həsənzadə (uzunluğa tullanma), Mehdi Abaszadə (400 metr), Bülbül Babayev (hündürlüyə tullanma), Daniil Şuvayev (100 metr) və Loğman İsrafilli (800 metr) təmsil edəcəklər.

Qeyd edək ki, U-18 Balkan çempionatı iyulun 4-də start götürəcək.







Offside