- Offside
- 23:23 03.07.2026
Azərbaycanın ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının (CEV EuroVolley Women 2026) kubokunun Bakıda təqdimat mərasimi keçiriləcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, tədbir iyulun 7-də saat 12:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq. Mərasimdə Avropa çempionatının kuboku və yarışın rəsmi maskotu ictimaiyyətə təqdim ediləcək.
Həmin gün saat 19:00-da isə voleybol festivalı təşkil olunacaq. Festival çərçivəsində xüsusi fotozonalar və voleybol meydançaları qurulacaq. Azarkeşlər EuroVolley Women 2026-nın kuboku ilə şəkil çəkdirmək, eləcə də qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşmək imkanı əldə edəcəklər.
Bundan əlavə, fotozonalarda çəkilən şəkilləri sosial şəbəkələrdə #EuroVolleyW həştəqi ilə paylaşanlara Avropa çempionatının oyunlarına bilet hədiyyə olunacaq.
Qeyd edək ki, Azərbaycan C qrupunun oyunlarına ev sahibliyi edəcək. Millimiz Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparacaq. Bakıda keçiriləcək qarşılaşmalar avqustun 21-28-də Milli Gimnastika Arenasında baş tutacaq.