3 iyul 2026. Cümə

AMADA cüdoçu və karateçilər üçün antidopinq seminarı keçirdi


  • Offside
  • 12:19 03.07.2026
  • Oxunma sayı: 33
AMADA cüdoçu və karateçilər üçün antidopinq seminarı keçirdi

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan Cüdo Federasiyasının yeniyetmə oğlan və qızlardan ibarət yığmaları, eləcə də Azərbaycan Karate Federasiyasının idmançıları üçün antidopinq mövzusunda maarifləndirici seminar təşkil olunub.

90deqiqe.Az  xəbər verir ki, bu barədə AMADA məlumat yayıb.

Seminar zamanı iştirakçılara qadağan olunmuş maddələr siyahısı, dopinq nəzarəti proseduru, idmançıların hüquq və öhdəlikləri, həmçinin 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin əsas yenilikləri barədə ətraflı məlumat verilib.

İnteraktiv formatda keçirilən tədbirin məqsədi idmançılar arasında antidopinq sahəsində maarifləndirməni gücləndirmək, mümkün risklərin qarşısını almaq və dürüst rəqabət prinsiplərini təşviq etmək olub.







Offside