3 iyul 2026. Cümə

Şahin Bağırov Qazaxda gənc voleybolçular və onların valideynləri ilə görüşdü


  • Offside
  • 19:25 03.07.2026
  • Oxunma sayı: 35
Şahin Bağırov Qazaxda gənc voleybolçular və onların valideynləri ilə görüşdü

Bu gün Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov Qazax rayonuna səfər edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Səfər çərçivəsində Şahin Bağırov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ilə birlikdə Qazax Olimpiya İdman Kompleksində Tovuz Voleybol Akademiyasının rəhbərliyi, akademiyanın və Qazax filialının məşqçiləri, idmançıları, eləcə də onların valideynləri ilə görüş keçirib.

Görüş zamanı Tovuz Voleybol Akademiyasının fəaliyyəti, bölgələrdə voleybolun inkişafı, gənc idmançıların hazırlıq prosesi, məşq şəraiti, mövcud idman infrastrukturu və gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Şahin Bağırov akademiyanın rəhbərliyi ilə voleybolun inkişafı istiqamətində həyata keçirilən işləri və qarşıdakı hədəfləri müzakirə edib, həmçinin idmançıların valideynləri ilə görüşüb.

Görüşdə bildirilib ki, bölgələrdə voleybolun inkişaf etdirilməsi, uşaq və yeniyetmələrin idmana cəlb olunması, onlar üçün əlverişli məşq şəraitinin yaradılması və perspektivli voleybolçuların yetişdirilməsi Azərbaycan Voleybol Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biridir.







Offside