- Offside
- 00:04 04.07.2026
ABŞ təmsilçisi Kori Qauff Uimbldon turnirində 1/8 finala yüksəlib.
90deqiqe.Az xəbər verir ki, dünya reytinqinin yeddinci pilləsində qərarlaşan tennisçi üçüncü mərhələdə həmyerlisi Kler Lunu 6:3, 6:7 (5:7), 6:2 hesabı ilə məğlub edib.
2 saat 25 dəqiqə davam edən qarşılaşmada Qauff bir dəfə topu qəbul edilməz şəkildə oyuna daxil edib, altı qoşa səhvə yol verib və qazandığı 14 breyk imkanından altısını dəyərləndirib.
Kler Lu isə oyunda qəbul edilməz şəkildə oyuna daxil edilən zərbə ilə fərqlənməyib, dörd qoşa səhvə yol verib və altı breyk imkanından ikisini reallaşdırıb.
Kori Qauff 1/8 final mərhələsində dünya reytinqinin 11-ci pilləsində qərarlaşan isveçrəli Belinda Bençiçlə üz-üzə gələcək.
Qeyd edək ki, Uimbldon turniri iyunun 29-da start götürüb və iyulun 12-də başa çatacaq. Yarışın son qalibi polşalı tennisçi İqa Şvyontekdir.