- Offside
- 00:04 04.07.2026
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Fransanın Marsel şəhərində keçirilən mərhələsində ilk oyun gününün görüşləri başa çatıb.
90deqiqe.Az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Neftçi" uğurlu çıxışı ilə diqqət çəkib.
Paytaxt təmsilçisi ilk qrup oyununda Macarıstan yığmasını gərgin mübarizənin ardından əlavə vaxtda 19:18 hesabı ilə məğlub edib. Komanda ikinci qarşılaşmada isə Slovakiya millisinə 21:14 hesabı ilə qalib gələrək qrup mərhələsini itkisiz başa vurub.
Beləliklə, "Neftçi" C qrupunun lideri kimi 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan təmsilçisi növbəti mərhələdə C qrupunun ikinci pilləsini tutacaq komanda ilə üz-üzə gələcək.